Saytların hazırlanması zamanı ən çox verilən 10 sual

Saytların hazırlanması zamanı hər kəs öz xidmət sahəsinə uyğun ən görkəmli, müasir və sayt ziyarətçilərinin asanlıqla istifadə edə biləcəyi bir saytlarının olmasını istəyir. Təbii ki bu xidmətinizin insanlara doğru və rahat yolla çatdırılması üçün olduqca vacib bir məqamdır və tez tələsik ərsəyə gətiriləcək bir şey deyil. Necə ki ev əşyası, geyim, elektronika alarkən araşdırmalar edirik, saytların hazırlanması üçün də doğru şirkəti tapmaq üçün müəyyən bir axtarışa ehtiyacımız vardır. Googleda, İnstagramda, Facebookda bu işlə məşğul olan onlarla şirkət var, bəs MasterStudio olaraq biz nə təklif edirik?

Sayt hazırlanması zamanı sifarişçilərin ən çox soruşduqları 10 sualı bir araya topladıq.

1. Domen və hosting nədir?

Yəqin ki, bir çoxumuz veb saytların hazırlanması ilə bağlı araşdırmalar apararkən “domen” və “hosting” terminlərinə olduqca tez-tez rast gəlmisiniz. Terminologiyadan istifadə etmədən anlaşıqlı bir dildə izah etsək əgər, domen saytınızın adıdır. Məsələn, masterstudio.az, google.com və s. Hər bir insanın özünə məxsus bir adı olduğu kimi saytların adları da domen olaraq adlandırılır. Siz sayt sifarişi zamanı istədiyiniz domen sonluqlarından istifadə edə bilərsiniz (.az, .com, .net, .biz və s.). Hostingi isə saytınızın yerləşdirildiyi bir server olaraq düşünə bilərsiniz. Saytınızın daim aktiv qalması, yaddaş həcmi, çevik və kəsintisiz işləməsi üçün hosting əsas şərtlərdəndir. Yeni saytınız üçün sayt adı fikirləşirsiniz? Saytın açılmaması onun boş olduğu mənasına gəlməz. .az domenləri üçün online.az, digər domenlər üçün isə name.com dan özünüzə aid bir domen sifariş edə bilərsiniz.

2. Sayt neçə günə hazırlanır?

Bu sual əslində hər sayt və müştəri üçün individual olaraq cavablandırılmalıdır. Çünki hazırlanacaq saytın genişliyi, funksionallığın sayı, kənar xidmətlərdən istifadə edildiyi təqdirdə (Məsələn, onlayn ödəmə, inteqrasiya və s.) onlarda geri dönüşümlərin müddəti və eyni zamanda sifarişçinin məlumatları vaxtında təhvil verə bilməsi və s. bu kimi faktorlar hər biri saytların hazırlanması müddətinə təsir edir. MasterStudio olaraq biz öz öhdəliyimizə düşən hissələri 2 həftə ərzində tam təhvil verə biləcəyimizə zəmanət verə bilirik. 7-10 gün ərzində tam mütəşəkkil bir demo versiya hazırlayaraq müştərimizə təqdim edir. Növbəti mərhələdə isə müştəri məlumatlarını demo baza ilə əvəzləyib, saytı öz orijinal domeninə köçürə bilirik.

3. Saytların hazırlanması zamanı təhlükəsizlik necə qorunur?

Təhlükəsiz bir veb sayt həm müştəri məlumatlarının oğurlanmaması, eyni zamanda çəkilən zəhmətin sonradan hədər yerə getməməsi üçün olduqca önəmlidir. Bu eyni zamanda biz, proqamçılar üçün də olduqca həssas məqamdır. Təbii ki, heç kim planlaşdırılmamış pis sürprizləri sevmir və bunun üçün də öncədən tədbirlərimizi almağımız vacibdir. MasterStudio adından danışırıqsa, biz öz sistemlərimizi ən son təhlükəsizlik testlərindən uğurla keçirsək də, “təhlükəsiz sistem yoxdur” şüarına əsaslanaraq bütün saytlarımızı günlük, həftəlik və aylıq kənar serverlərimizdə mütəmadi və avtomatik baş verəcək şəkildə nüsxələyirik. Bununla da, istənilən pis ssenaridə saytınızı bir gün əvvəlki vəziyyətinə məlumat itkisi yaşamadan qısa müddətdə qaytara bilməkdəyik.

4. Şablon nədir və əvvəlcədən nümunələrə baxa bilirikmi?

Saytların hazırlanması zamanı əvvəlcədən hər hansısa bir dizayna istinad etmək bizə görə həmişə daha yaxşı bir yoldur. Çünki bu şəkildə müştəri olaraq necə bir sayt istədiyinizi daha asan izah edə bilir, həmçinin də biz, proqramçılar olaraq necə bir sayt qurmalı olduğumuzu başa düşürük. Kataloq olaraq hal-hazırda ən yayğın istifadə olunan sayt themeforest.net saytına istinad edirik. Burada büdcənizə uyğun hər cür görünüşdə şablonlara rast gələ bilərsiniz. Lakin bir developer ilə məsləhətləşmədən şablon almağınızı məsləhət görməzdik. Çünki hər şablonun funksionallığı, sürətinin yavaşlılığı, təhlükəsizlik səviyyəsi yaxşı deyildir. MasterStudio kollektivi isə ümumiyyətlə heç bir şablondan istifadə etmədən, dizaynını bəyəndiyiniz bir şablonu tam sıfırdan sürətli işləyəcək şəkildə və sizin istədiyiniz funskionallıqla yenidən ərsəyə gətirməkdədir. Ümumiləşdirsək əgər, şablon yaradıcıları məhz biz özümüzük.

5. Sayt hazırlanması sonrası aylıq və illik ödənişlər hansı formada olur?

Standart olaraq saytlar üçün aylıq ödəniş nəzərdə tutulmamışdır. İllik ödəniş isə sadəcə domen və hostinq ödənişləri üçündür. Yəni illik ödənişlər saytın hazırlanması zamanı ödədiyiniz məbləğdən qat-qat aşağı olur. Domenlərin illik ödənişləri bir domenə görə 20-30 manat civari dəyişir, təbii ki bu yazıda göstərilən qiymətlər valyuta məzənnəsinə və s. görə dəyişiklik göstərə bilməkdədir. Hostinq ödənişləri isə aralıq diapazonu genişdir. Çünki burada hostinq serverinin gücü, yaddaş həcmi ciddi fərqliliklər göstərir. Ortalama bir sayt üçün hostinq xərcləri 80-150 manat arasında dəyişir. Əgər siz saytınızda müəyyən aralıqlarda developer düzəlişlərinə ehtiyac duyursunuzsa və ya saytınızı sərbəst idarəetməkdə vaxt məhdudiyyətiniz varsa, aylıq texniki dəstək xidmətlərindən yararlana bilirsiniz ki, aylıq ödənişlər məhz bu zaman ödəməli olursunuz.

6. Saytların hazırlanması bitdikdən sonra gələcəkdə yeni dəyişiklər etmək mümkün olurmu?

Sizlərə təqdim etdiyimiz sayt sistemi 6 illik İT sahəsində 100-lərlə fərqli situasiyadan çıxmış bir strukturdur. Ümumiləşdirsək əgər, sistemimiz bütün funskionallıqlara açıqdır və heç bir yenilənmədə məlumat itkisi yaşatmadan genişlənmə potensialındadır. Bu baxımdan siz gələcəkdə biz tərəfdən istədiyiniz funskionallıqların sayta əlavə edilməsində tam arxayınlıqla müraciət edə bilərsiniz. Ümumiyyətlə, MasterStudio saytını yeniləməkdə həvəsli olan müştərilərinə daim illik yeniləmə paketləri təklif edir ki, bu sizin saytınızın həmişə müasir formada qalmasında köməkçi olacaqdır.

7. Sayt hazırlanması bitdikdən sonra saytı kim idarə edir?

İşin təhvili prosesinin yekununda sizinlə görüşərək admin paneli hər detalı ilə birgə sizə izah etməkdəyik. Admin panel çox sadə quruluşda, tam Azərbaycan dilində və geniş funksionallıqda tərtib olunmuşdur ki, sadə kompyuter bilikləri idarəetmə üçün tam kifayətdir. Sonradan unutduğunuz məqamları xatırlaya bilməyiniz və ya idarəetməni yeni ortaq və ya işçilərinizdən birinə asanlıqla ötürə bilməyiniz üçün Video dərsliklərlə də təmin olunmaqdasınız. Eyni zamanda idarəetmədə qarşılaşdığınız çətinliklərlə bağlı MasterStudio olaraq daima Whatsapp, email və ya telefonla texniki dəstək göstərməkdəyik.

8. Sizin saytlar “WordPress”dirmi?

İlk başlarda WordPress üzərindən saytların hazırlanması ilə fəaliyyətə başlamış, daha sonra WordPress development ilə qoşma istifadə etmədən sayta özəl WordPress şablonlarının hazırlanması ilə fəaliyyətimizi davam etdirmişik. Daha sonra daha sürətli işləyən, WordPress yenilənmələri ilə yaranan problemlərdən azad, daha cəld funskionallıqların ərsəyə gətirilməsinə imkan yaradan WordPress-ə bənzər öz şəxsi CMS sistemimizi ərsəyə gətirdik. Hal-hazırda müştərinin istəyinə uyğun olaraq tam sıfırdan həm WordPress şablonları, həmçinin də saf PHP ilə istənilən sayt hazırlanması ilə məşğul oluruq.

9. Saytımız mobil versiya dəstəkləyəcəkmi?

Saytınız kompyuter versiyası tam hazır olduqdan sonra ekran ölçüləri pixel-pixel kiçildilərək bütün ekran ölçüləri üzrə optimallaşdırma icra edirik. Bu eyni zamanda gələcəkdə bazara daxil olacaq müxtəlif ekran ölçülü telefon və tabletlərdə də saytın yenilənmə ehtiyacı duymadan tam düzgün və səliqəli formada görünməsi üçün olduqca önəmlidir. Eyni zamanda son illər mobil istifadənin geniş vüsət alması və axtarış sistemlərinin responsivliyi bir kriteriya olaraq göstərməsi mobil optimallaşdırmanın önəmini olduqca artırmışdır.

10. Sayt adı ilə emaillər açmaq mümkündürmü?

MasterStudio olaraq, müştərilərimizi bir neçə saat içində limitsiz sayda korporativ emaillərlə təmin edə bilməkdəyik. info, office, help, support və ya hər əməkdaşınızın öz adları ilə və s. sonsuz sayda emaillər yarada və yazışmalarda daha ciddi bir təəssürat yarada bilərsiniz. Email serverləri olaraq tərəfimizdən müştərinin istəyinə uyğun olaraq yandex, mail.ru və ya Gsuite istifadə olunmaqdadır.